“Mediasiya haqqında” qanunun qüvvəyə minmə vaxtı uzadılır


13:12     25 İyun 2021 milli-meclis.jpg

“Mediasiya haqqında” qanunun 2021-ci iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu. Ancaq qanuna hazırda dəyişikliklər edilir və üç oxunuşda qəbul edilməlidir”.

Femida.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədrinin müavini Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında “Mediasiya haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, həmin qanun layihələri qəbul edildikdən sonra Prezident İlham Əliyev tərəfindən təsdiqlənəcək:

“Bununla da Prezident tərəfindən dəyişikliklər nə zaman təsdiq olunsa, o zaman da qüvvəyə minəcək”.

Açar sözlər:

Oxunub: 783