Baş Prokurorluq 115 min manatlıq dələduzluq faktı ilə bağlı araşdırmalara başladı
20:01 25 İyun 2021
İyunun 18-də Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) keçirilərkən Azad Sultanov adlı istifadəçinin Ruslan və Zaur adlı şəxslər tərəfindən “Çinarə lizinq” MMC-yə məxsus “Mercedes” markalı avtomobilin ona satılması adı ilə ümumilikdə 115 min manat məbləğində pulunun ələ keçirilməsi, bununla bağlı araşdırmanın qeyri-obyektiv aparılması ilə əlaqədar müraciəti daxil olub.
Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Müəyyən edilib ki, Azad Sultanovun özünü dövlət qurumunun vəzifəli şəxsi kimi təqdim edən Ruslan və onun tanışı Zaur adlı şəxslər tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi xüsusatı üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılaraq 01.03.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilib.
Həmin qərar 25.06.2021-ci il tarixdə ləğv edilərək toplanmış material rayon Prokurorluğunun icraatına qəbul edilib.
Hazırda araşdırma davam edir, nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.
Femida.az
Oxunub: 487
Oxşar xəbərlər
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Baş Prokurorluq özünü ölmüş kimi qələmə verən şəxslə bağlı məlumat yayıb
- Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib