Azərbaycanlı MMA döyüşçüsü erməni rəqibini məğlub etdi


10:08     26 İyun 2021 21_06_26_1624687736.jpg

MMA döyüşçüsü Elnar İbrahimov NFC fight-da (Naiza Fighting Championship) növbəti görüşünə çıxıb.

Femida.az xəbər verir ki, 61 kq-da mübarizə aparan idmançı Ermənistan təmsilçisi Varşan Gevorqyanla üzə üzə gəlib.

Qazaxıstanın Almatı şəhərində baş tutan döyüşdə İbrahimov erməni rəqibini bütün raundlarda üstələyərək mütləq qələbə qazanıb.

Qeyd edək ki, Elnar İbrahimovun aktivində 17 qalibiyyət və 5 məğlubiyyət var.



Femida.az

Açar sözlər:

Oxunub: 896