Avtobus dəhşətli qəzaya düşdü: yaralılar var


16:45     27 May 2015 97016f9ae81293684accff00ade9a67d.jpg

Avtobus yük avtomobillərinə çırpılıb


Bu gün Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində dəhşətli qəza baş verib. Sumqayıt şəhər Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində hərəkət edən “Otoyol” markalı marşrut avtobusu "KamAZ" və “Shacman” markalı yük avtomobilləri ilə toqquşub. Nəticədə avtobusun sürücüsü və bir neçə sərnişin ağır xəsarət alıb.

Hadisə yerində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 683