DİN: İmişlidə yanğın zamanı beş polis əməkdaşı tüstüdən zəhərlənib
20:44 26 İyun 2021
Xəbər verdiyimiz kimi, iyun ayının 25-də İmişli rayonundaki bazarda güclü yanğın hadisəsi baş verib.
Femida.az xəbər verir ki, yanğının qarşısının alınması üçün FHN-nin əməkdaşları ilə yanaşı, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları da hadisə yerinə cəlb olunublar. Zəruri bütün tədbirlər görüldükdən sonra alovların qarşısı alınıb.
Polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçiriblər. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində beş polis əməkdaşı tüstüdən zəhərlənib, müxtəlif dərəcəli xəsarətlər alıblar. Hal-hazırda onların vəziyyətləri qənaətbəxşdir.
Yanğının başvermə səbəbləri araşdırılır.
Oxunub: 1051
Oxşar xəbərlər
- DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DİN: Son 2 gündə bulvarda itkin düşən 17 uşaq tapılıb
- DİN: "Masallıda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb"
- DİN: "Sumqayıtda itkin düşən 84 yaşlı şəxs axtarılır"
- DİN: "Qarabağa səfər üçün kiməsə üstünlük hüququ yoxdur"
- DİN: “Azad edilən ərazilərdəki polis postlarına dərmanlar göndərilib”
- DİN: "Bu il oğurluq hadisələri 542 fakt azalıb"
- DİN: Ötən il balıq ovuna görə 102 fakt üzrə cinayət işi başlanıb
- DİN: 1360 maşın postlardan geri qaytarılıb