Suriyada terror aktı törədilib, ölənlər və xəsarət alanlar var


21:04     26 İyun 2021 21_06_26_1624727102.jpg

Suriyanın Afrin şəhərində terror aktı törədilib.

Femida.az -IN məlumatına görə, Azaz şəhəri istiqamətində hərəkət edən və içərisində mülki vətəndaşların olduğu avtomobilin partladılması nəticəsində 1-i uşaq olmaqla, 3 nəfər həyatını itirib, daha 3 nəfər isə ağır yaralanıb.

Təhlükəsizlik qüvvələri faktla bağlı araşdırmalar aparır. İlkin versiyaya görə, terror aktının PKK tərəfindən həyata keçirildiyi ehtimal olunur.

Açar sözlər:

Oxunub: 938