Yevlax-Bərdə yolunda zəncirvari qəza olub, 2 nəfər xəsarət alıb


21:47     26 İyun 2021 21_06_26_1624728834.jpg

Yevlax-Bərdə avtomobil yolunda zəncirvari yol qəzası olub.

Femida.az -ın məlumatına görə, 4 avtomobilin qəzaya uğraması zamanı 2 nəfər xəsarət alıb.

Yaralılar Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Vəfa Mirzəyeva və Bərdə rayon sakini, 1988-ci il təvəllüdlü Səməndər Səlimovdur. Zərərçəkənlər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 936