Şəkidə minik və yük avtomobilləri toqquşdu, xəsarət alanlar var


22:55     27 İyun 2021 qeza_yeni.jpg

Şəki rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun rayonun Böyük Dəhnə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil "Qazel" markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı "Qazel"də olan 3 nəfər - sürücü və 2 qadın xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 279