Zəngilanda narkotik tərkibli bitkilər aşkar edilib


09:58     28 İyun 2021 2021/06/7f6e18e6-8bcf-35c7-b0d5-ec55254e8fde_850_1624860532.jpg

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, tədbir zamanı rayonun Ağalı kəndi ərazisində çəkisi 100 kiloqram olan 760 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Açar sözlər:

Oxunub: 842