Zərdabda 1,4 ton narkotik tərkibli bitki məhv edilib


13:20     28 İyun 2021 21_06_28_1624874666.jpg


Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbir zamanı rayonun Alıcanlı kəndi ərazisində çəkisi 1,4 tondan artıq olan 1275 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 373