Naxçıvanda toylarda yemək verilməyəcəyi iddiaları barədə rəsmi açıqlama


13:45     28 İyun 2021 21_06_28_1624874777.jpg


Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi bəzi internet resurslarında və sosial şəbəkələrdə Naxçıvanda keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə iddialara münasibət bildirib.

Daimi nümayəndəlikdən Femida.az-a bu informasiyaların əsassız olduğu qeyd edilib.

"Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək", -məlumatda vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 722