Qubada 4,2 ton çətənə kolu aşkar edilib


18:51     28 İyun 2021 21_06_28_1624888354.jpg

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, rayonun Xanəgah kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 4,2 ton olan 5700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Açar sözlər:

Oxunub: 333