Qaxda təmir sexində minik avtomobili yanıb


19:11     28 İyun 2021 21_06_28_1624892536.jpg

Qax rayonunda ümumi sahəsi 45 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bitişik tikililər yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 376