Laçında hərbi yük avtomobili qəzaya uğrayıb, iki hərbçi həlak olub


20:18     28 İyun 2021 21_06_28_1624897172.jpg

İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Müdafiə Nazirliyindən bildirilib ki, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 840