Lənkəranda avtomobil gənci vuraraq xəsarət yetirdi


09:33     29 İyun 2021 21_06_28_1624909560.jpg

Lənkəranda gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Femida.az -ın verdiyi xəbərə görə, hadisə axşam saatlarında, şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb. Belə ki, avtomobil 1999-cu il təvəllüdlü Mirzəzadə Rahim Rəhim oğlunu evinin yaxınlığında vurub. Hadisəni törədən sürücü yaralını dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. R.Mirzəzadəyə ilkin tibbi yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 622