Bayden İsrailin yeni baş nazirini qəbul edəcək


09:48     29 İyun 2021 21_06_28_1624909755.jpg

ABŞ prezidenti Cozef Bayden tezliklə İsrailin yeni baş naziri Naftali Benneti qəbul edəcək.

Femida.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

"Prezident Baş nazir Bennetti tezliklə qəbul etmək imkanını gözləyir. Biz görüşün tarixi üzərində işləyirik", - Psaki brifinqdə deyib.

İyunun 13-də Knesset Bennettin yaxın iki il ərzində rəhbərlik edəcəyi yeni İsrail hökumətinə etimad göstərilməsinə səs verib. Elə həmin gün Bayden yeni baş nazirə telefonla zəng edərək, onu təbrik edib. Ağ Ev rəhbəri ABŞ-ın İsrailin ən yaxşı dostu olduğunu xatırladıb.

Açar sözlər:

Oxunub: 668