Laçında həlak olan hərbçilər Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək


15:40     29 İyun 2021 2020/12/1607317794_sehid-2_1607954656.jpg

Laçın rayonunda həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçuları Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Femida.az-a məlumat təsdiqlənib.

Bildirilib ki, yol qəzasında həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu bu gün Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "KamAZ" markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 803