Laçında şəhid olan hərbçilər dəfn edilib


17:55     29 İyun 2021 21_06_29_1624974937.jpg

Laçın rayonunda şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu dəfn edilib.

Femida.az-ın Report-a istinadən xəbərinə görə, şəhidlər Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və qəsəbə sakinləri iştirak edib.



Femida.az

Açar sözlər:

Oxunub: 727