Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsə çevriləcək


19:07     30 İyun 2021 2021/06/60dc91d10ed3560dc91d10ed3716250679853f399c4c6e8f0f0484386a3e9ee9ac57_1625069302.png

Nazirlər Kabineti “Mingəçevir Turizm Kollecinin yenidən təşkili haqqında” qərar verib.

Femida.az-ın məlumatına görə, qərara əsasən, Mingəçevir Turizm Kolleci publik hüquqi şəxs statusuna malik olan Mingəçevir Turizm Kollecinə çevrilmə yolu ilə yenidən
təşkil ediləcək.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Mingəçevir Turizm Kolleci öz fəaliyyətini davam etdirəcək.

Açar sözlər:

Oxunub: 888