Lənkəranda yük avtomobili motosikletlə toqquşub, ölən var


09:49     01 İyul 2021 21_07_01_1625118598.jpg

Lənkəran rayonunda yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Femida.az -ın məlumatına görə, qəzada həyatını itirən, motosikletin sürücüsü Masallı rayonunun Qızılağac kənd sakini, 1957-ci il təvəllüdlü İsayət Hidayət oğlu Əhmədovdur.

"Shacman” markalı yük avtomobilini idarə edən şəxs isə 1997-ci il təvəllüdlü Şaiq Ramiz oğlu Quluzadə olub.

08.18
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Ələt-Astara-İran İslam Respublikası dövlət sərhəd yolunun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Dnepr" markalı yük motosikleti "Shacman" markalı yük avtomobili ilə toqquşub. Nəticədə motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 535