Azad edilmiş ərazilərlə bağlı iclas keçirildi
15:25 01 İyul 2021
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Hərbi-mülki əlaqələndirmə məsələləri üzrə İşçi Qrupu ilə Ekoloji məsələlər üzrə İşçi Qrupunun birgə iclası keçirilib.
Mərkəzdən Femida.az-a bildirilib ki, iclasda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.
İşğaldan azad olunmuş ərazilərdə yanğınların qarşısının alınması və bu istiqamətdə aidiyyəti qurumların səylərinin birləşdirilməsi məsələləri də iclasda müzakirə olunub, yanğınların qarşısının alınması üçün hərbi qulluqçular və mülki işçilər arasında maarifləndirmə işlərinin səmərəliyinin artırılmasının, təbliğat işlərinin intensivləşdirilməsinin və bu tədbirlərdə kütləvi informasiya vasitələrinin iştirakının genişləndirilməsinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bu ərazilərdə yerləşən hərbi hissələri, müvafiq dövlət orqanları və təşkilatlar arasında məlumat mübadiləsinin operativliyinin artırılmasının vacibliyi vurğulanıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Femida.az
Oxunub: 310
Oxşar xəbərlər
- Azad edilmiş ərazilərdə yaşıl texnologiyalarla bağlı yeni İşçi Qrupu yaradılıb - SİYAHI
- Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat ayrılıb
- Azad edilmiş ərazidə 2 tondan artıq çətənə kolu yandırılaraq məhv edilib
- Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
- Azad edilən ərazilərdə daha 172 mina aşkarlanıb
- Azad edilmiş ərazilərdə baş verən yanğın hadisələrinin sayı açıqlanıb
- Azad olunmuş ərazilərə ilk növbədə kimlərin geri qaytarılacağı açıqlanıb
- Azad edilən ərazilərdə daha 42 mina aşkarlanıb
- Azad olunmuş ərazidə avtobus qəzası ilə bağlı cinayət işi açılıb
- Azad edilən ərazilərdə daha 17 mina aşkarlanıb