Milli Məclisin deputatları Avstriyaya gedəcəklər
17:35 01 İyul 2021
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) illik sessiyası iyunun 30-da öz işinə başlayıb.
Femida.az-ın məlumatına görə, Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev sessiyada və Daimi komitənin iclasında iştirak etmək üçün iyulun 3-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.
Qarışıq formatda keçiriləcək tədbirə parlamentin komitə sədri Tahir Mirkişili, deputatlar Ağalar Vəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə və Tural Gəncəliyev onlayn şəkildə qoşulacaqlar.
Sessiyada ATƏT PA-nın ümumi komitələrinin və xüsusi nümayəndələrinin hesabatları təqdim ediləcək, beynəlxalq siyasi vəziyyət müzakirə olunacaq, təşkilatın növbəti dövr üçün büdcəsi və fəaliyyət planı təsdiq ediləcək. Tədbirdə qurumun prezidenti, vitse-prezidentləri, ümumi komitələrin rəsmiləri seçiləcək.
Sessiya çərçivəsində qurumun Siyasi məsələlər və təhlükəsizlik; İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit; Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin onlayn iclasları keçiriləcək.
Deputatlarımız müzakirəyə çıxarılan məsələlərlə bağlı ölkəmizin mövqeyi baxımından fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.
Sessiya iyulun 7-də başa çatacaq.
Oxunub: 357
Oxşar xəbərlər
- Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub
- Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb
- Milli Məclisin komitə sədri Ermənistan parlamentinin rəhbəri ilə görüşüb
- Milli Məclisin sədri Misirə səfər edəcək
- Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- Milli Məclis qumar oyunlarına görə cərimələri I oxunuşda qəbul edib
- Milli Məclis sədrinə yeni köməkçi təyin edilib
- Milli Məclisin komitələri "Media haqqında" yeni qanun layihəsini ikinci oxunuşda müzakirə edir
- Milli Məclisin iclası başlayıb
- Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb