“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun hüquq və məqsədləri açıqlanıb


20:19     01 İyul 2021 6iicfvlan0dl7rthi5ajff2ml5768dd4c152ae401122e63cb29ddbb840nazirler%20kabinetimmm.JPG

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun hüquq və məqsədləri açıqlanıb.


Femida.az-ın məlumatına görə, Qoruğun əsas hüquq və məqsədləri aşağıdakılardır:

Ərazisində yerləşən tarix-mədəniyyət abidələrini və təbii landşaftı qoruyub saxlamaq; Qoruğun ərazisində Dövlət Turizm Agentliyinin razılığı olmadan görülən hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına qadağa qoymaq; Qoruq ərazisində dövlət (bələdiyyə) mülkiyyətində olan abidələrin istifadəsinin, o cümlədən icarəyə verilməsinin mövcud qanunvericiliyə uyğunlaşdırılmasını Qoruqları İdarəetmə Mərkəzini məlumatlandırmaqla təmin etmək; Qoruğun mühafizə zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinin görülməsini müvafiq qanunvericiliyə əsasən Dövlət Turizm Agentliyinin razılığı ilə həyata keçirmək; mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər vermək; müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət etmək; Qoruğun ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsinə, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradılmasına, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştiraka dair Qoruqları İdarəetmə Mərkəzinə təkliflər vermək və müxtəlif növ pullu xidmətlər göstərməklə, qanunvericiliyə zidd olmayan gəlir əldə etmək.

Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədilə Elmi Şura yarada bilər. Elmi Şuranın tərkibi Qoruğun təklifi və Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı ilə Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilir.

Qeyd edək ki, Baş nazir Əli Əsədov bu gün “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi barədə qərar imzalayıb.

Açar sözlər:

Oxunub: 307


Oxşar xəbərlər