Şuşaya istilik və isti su ilin sonunda veriləcək
10:48 03 İyul 2021
Şuşa şəhərində yeni isitmə və isti su qazanxanaları tikiləcək.
Femida.az xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun iyirminci iclasında məlumat verilib.
Məlumata görə, artıq növbəti istilik mövsümündə Şuşa şəhəri istilik və isti su ilə təmin ediləcək.
Oclasda həmçinin bu istiqamətdə qarşıda duran vəzifələr, atılacaq növbəti addımlar və planlar haqqında məlumat verilib. İstilik mövsümü hər il noyanrın 15-də başlayır, növbəti il aprelin 15-də bitir.
Oxunub: 425
Oxşar xəbərlər
- Şuşaya getmək istəyənlərin nəzərinə - VİDEO
- Şuşaya dəmir yolu xətti çəkiləcək
- Şuşaya yeni su kəmərinin tikintisinə başlanılıb
- Şuşaya yeni su kəməri çəkiləcək
- Şuşaya yol çəkən Türkiyə şirkətlərinin adı açıqlandı
- Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək
- Şuşaya döyüşməyə gəlmiş livanlı qadın itkin düşüb - FOTO
- Şuşaya yüksəkgərginlikli elektrik xətti çəkilir
- Şuşaya su çəkildi - Fotolar
- Şuşaya alternativ mənbədən içməli su veriləcək