Polisin "Saxla" əmrinə tabe olmayan "KamAZ" qəza törətdi
15:25 03 İyul 2021
Salyan rayonunda polisin "Saxla" əmrinə tabe olmayan "KamAZ" qəza törədib.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
İyulun 30-da saat 11 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Salyan rayonu ərazisində yerləşən daimi postunda üzərində dövlət qeydiyyat nişanları olmayan “KamAZ” markalı avtomobilə “Saxla” işarəsi verilib.
Lakin sürücü tabesizlik göstərərək nəqliyyat vasitəsini “KİA” markalı xidməti avtomobilin arxa qanadına vurub.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə sürücü saxlanılıb. Onun Dayıkənd kənd sakini E.Cəbrayılov olduğu müəyyən edilib.
E.Cəbrayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.3-cü, 332.1-ci, 332.1-ci, 332.2-ci, 341.2.1-ci və 342.7-ci maddələri ilə protokol tərtib edilərək Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.
Avtomobil müvəqqəti duracağa yerləşdirilib.
Araşdırma aparılır
Oxunub: 4286
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Polisin şöbədə arvadını öldürdüyü an - VİDEO
- Polisin ölümü ilə bağlı araşdırmalar aparılır
- Polisin törətdiyi yol qəzası ilə bağlı məlumat
- Polisin ittiham etdiyi həkimlərə məhkəmə bəraət verdi
- Polisin bıçaqlanmasına görə cinayət işi başlanıldı
- Polisin saxladığı narkotacirlərin başqa əməlləri də üzə çıxdı - Fotolar
- Polisin daha bir uğurlu əməliyyatı - 21 şübhəli şəxs TUTULDU
- Polisin qolunu kəsən İqtisad Universitetinin tələbəsi həbs edilib - VİDEO
- Polisin qolunu dişləyən qadın deputat daha bir qalmaqalla gündəmdə -VİDEO