Yasamalda yol qəzası olub, xəsarət alan var


10:49     04 İyul 2021 21_07_04_1625380723.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Əhmədzadə Ziya Əliniyaz oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1084