İranda 165 nəfər koronavirusdan ölüb


14:34     04 İyul 2021 2021/01/covid_yeni_1610459785.jpg

İranda ötən sutka ərzində 165 nəfər koronavirusdan (COVID-19) ölüb.

Femida.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 84 792 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 13 781 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 254 818 nəfərə çatıb. Virus daşıyıcılarından 3 229 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 926 266 nəfər koronavirusdan sağalıb, 23,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 6,45 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,46 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1,99 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 92 rayon qırmızı və 183 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 173 rayon sarı zona hesab olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 340