Tovuzda yanğın - Xəsarət alan var


15:40     04 İyul 2021 2019/08/yangin_yeni1_1564987969.jpg

Tovuz rayonunda yanğın baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Əlimərdanlı kəndində, yerli sakin İlham Bayramova məxsus 3 otaqdan ibarət fərdi evdə qeydə alınıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 993