İsmayıllıda qaydaları pozan sürücülər cəzalandırıldı


19:14     04 İyul 2021 21_07_04_1625415275.jpg

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də səkilərdə, piyada keçidlərində nəqliyyat vasitələrini saxlayan sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət-profilaktiki tədbir keçirilib.

Bu barədə Femida.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Keçirilən tədbir zamanı sadalanan qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən aşkarlanıb ki, onlara qaydalar izah edilib və barələrində inzibati protokol tərtib olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 4064