Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb


17:29     05 İyul 2021 anama%206%20may%202016.jpg

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Femida.az-a verilən məlumata görə, iyunun 1-dən iyulun 3-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 1087, tank əleyhinə 316 mina və 461 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 5 633 044 m² (563 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Noyabrın 10-dan iyulun 3-dək isə piyada əleyhinə 8509, tank əleyhinə 3959 mina və 9493 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Beləliklə, nəticədə 33 264 075 m² (3326 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Femida.az

Açar sözlər:

Oxunub: 1245