Almaniya Azərbaycan vətəndaşlarına qapıları açdı


18:47     05 İyul 2021 2021/07/alman-1625491105_1625496490.jpg

Almaniya Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Femida.az-ın məlumatına görə, 4 iyul tarixindən etibarən Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kanada, Qətər, Kosovo, Moldova və Monteneqro vətəndaşları turizm məqsədilə Almaniyaya səfər edə bilərlər.

Qeyd edək ki, Almaniya 25 iyun tarixindən etibarən COVID-19-a qarşı Avropa Tibb Agentliyinin təsdiqlədiyi vaksinlərlə ("Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson") peyvənd edilən turistlərin girişinə qərar verib.

Açar sözlər:

Oxunub: 357