Neftçalada dənizdə boğulan ata-oğul və əlavə bir nəfərin meyiti tapılıb


15:47     06 İyul 2021 21_07_06_1625570538.jpg


Neftçalada dənizdə boğulan üç nəfərin meyiti sudan çıxarılıb.

APA-nın məlumatına görə, iyulun 5-də axşam saat 18:00 radələrində Neftçalanın Şirvanlı kəndi ərazisində qeyri-çimərlik ərazidə rayon sakinləri - 1977-ci il təvəllüdlü Mənəfov Şükür Vaqif oğlu, 1977-ci il təvəllüdlü Bədəlov Məmməd Ələsgər oğlu və onun oğlu 2013-cü il təvəllüdlü Bədəlzadə Əbülfəz Məmməd oğlu boğulub. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Dalğıc-axtarış əməliyyatları zamanı boğulan 3 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 426