Füzulidə erməni hərbçinin meyiti tapılıb


21:42     06 İyul 2021 2021/07/meyit-1625589718_1625606016.jpg

İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsəd Füzuli rayonu ərazisində aşkarlanıb.

Məlumata görə, onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1596 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.

Açar sözlər:

Oxunub: 253