Nəsimidə yolu keçən piyadanı avtomobil vurdu


09:03     07 İyul 2021 piyada_olumu_233.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Əlizadə Emil Eldar oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 861