FHN-in regional idarəsi yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirdi


14:42     07 İyul 2021 21_07_07_1625654915.jpg

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşəbbüsü ilə Biləsuvar rayonunda yerləşən “Aqropark Yaşıl Ada” MMC-də açıq havada "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib.

Femida.az xəbər verir ki, seminar-müşavirədə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovniki Orxan Məmmədyarov, “Aqropark Yaşıl Ada” MMC-nin rəhbərliyi, mexanizatorları, Rayon Poliş Şöbəsinin əməkdaşları, habelə rayon inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və fərdi təsərrüfat rəhbərləri iştirak etmişlər.

Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və email dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb.

Eyni zamanda, seminar-müşavirədə kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, onlardan istifadə edilməsi qaydaları, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Femida.az

Açar sözlər: #FHN   #yanğın  

Oxunub: 470