Elektron arayışlar xidməti istifadəyə verilib
18:28 07 İyul 2021
İyulun 7-də https://portal.edu.az/ platformasında elektron arayışlar xidməti istifadəyə verilib.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu xidmət vasitəsi ilə arayışları almaq artıq daha asan, sürətli və rahat olacaq. İstifadəçilər aşağıdakı arayış növlərini elektron formada əldə edə biləcəklər:
Ali təhsil pilləsində təhsil almaq barədə arayış;
Orta ixtisas təhsili pilləsində təhsil almaq barədə arayış;
Peşə təhsili pilləsində təhsil almaq barədə arayış;
Dövlət proqramı əsasında xaricdə təhsil almaq barədə arayış;
Dövlət proqramı əsasında xaricdə təhsil müəssisəsindən məzun olmaq barədə arayış;
Müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsi üzrə imtahan nəticələrinə dair arayış.
Sözügedən elektron arayışların alınması proseduru çox sadədir. İlk növbədə https://portal.edu.az/ platformasına daxil olub qeydiyyatdan keçmək lazımdır. Daha sonra “Şəxsi kabinet”də elektron xidmətlər pəncərəsindən “Arayış əldə etmək üçün müraciət” bölməsi seçilir və müvafiq arayış növü üzrə müraciət göndərilir. Elektron arayışlar portalda avtomatik formalaşdırılır. Vətəndaşlar əldə edilən arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim edə bilirlər.
Qeyd edək ki, elektron arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir, eyni zamanda, Təhsil Nazirliyinin saytında (https://edu.gov.az/az/yoxla) İD nömrə və müraciətçinin doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.
Oxunub: 1035
Oxşar xəbərlər
- Elektron Təhlükəsizlik Xidmətinin rəisi dəyişib
- Elektron icazə sistemi aktivləşdirilib
- Elektron qolbaq taxan 40-dan çox məhkuma ərazini tərk etmək imkanı yaradılıb
- Elektron qolbaqlar necə işləyir? - Nazirlik rəsmisi açıqladı
- Elektron qolbaq daşıyacaq şəxslərin siyahısı artırılıb
- Elektron icazədən istifadə edərək istirahətə gedən şəxslər cəzalandırıldı
- Elektron vizaların verilməsində dəyişiklik edildi
- Elektron məhkəmə sisteminin təkmilləşdirilməsi və insan hüquqları
- Elektron sistem vasitəsilə kirayə mənzil seçimi başladı
- Elektron informasiya sistemləriylə tərtib olunan protokolların xüsusiyyətləri müəyyənləşib