Daha 55 169 vaksin vuruldu


20:04     07 İyul 2021 21_07_07_1625675223.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 55 169 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 211, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 958 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 910 624, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 396 007, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 514 617 təşkil edir.

Açar sözlər:

Oxunub: 891