Biləsuvarda işıqlar kəsilib


19:28     07 İyul 2021 21_07_07_1625675360.jpg

Biləsuvar rayonunda elektrik enerjisinin verilişində problemlər yaranıb.

"Report"un Muğan bürosunun məlumatına görə, problem bu gün şəhərin bəzi ərazilərində qeydə alınıb.

Gün ərzində şəhərin müəyyən ərazilərində elektrik enerjisinin verilişi bərpa edilsə də, bəzi küçələrdə hələ də elektrik enerjisi yoxdur.

Elektrik enerjisinin kəsilməsinin səbəbi hələlik məlum deyil.

Açar sözlər:

Oxunub: 978