690 bal toplayan Prezident təqaüdçüsü yol qəzasında öldü


16:04     09 İyul 2021 21_07_09_1625832463.jpg


Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi yol qəzasında ölüb.

Ali məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Bəhmən Musayev ötən gün ağır yol qəzasına düşüb.

O, hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, B.Musayev imtahanlarda 690 bal toplayaraq BANM-ə qəbul olmuşdu. O, həm də Prezident təqaüdçüsü idi.

Femida.az

Açar sözlər: #tələbə   #imtahan  

Oxunub: 929