Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim olunub


16:41     09 İyul 2021 21_07_09_1625835111.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində daha bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim olunub.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, mənzil təqdim edilənlər arasında Vətən müharibəsi şəhidlərinin ailələri və Vətən müharibəsi əlilləri də var.

Şəhid ailələrinin üzvləri və müharibə əlilləri daim qayğı ilə əhatə olunduqlarına, onlara göstərilən sosial dəstəyə, yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyev minnətdarlıqlarını bildiriblər.

Mənzillər tam təmirli təqdim olunub.

Qeyd edək ki, dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə 11 min, o cümlədən bu il 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. 2021-ci ilin planı üzrə artıq 550 mənzil verilib. Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9730 mənzil və fərdi ev, həmçinin müharibə əlillərinə 7200-dən çox avtomobil təqdim edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 4138