Salyanda Kür çayından 25-30 yaşlı naməlum kişi meyiti tapılıb


09:22     10 İyul 2021 2021/07/0af04213-e865-33e1-9b18-b9aefb30f71f_850_1625894569.jpg

Salyanda çayda meyit aşkar edilib.

“Report”un Aran bürosunun məlumatına görə, bu gün səhər saatlarında Kür çayı üzərində Salyan şəhər və Babazənan yaşayış məntəqəsini birləşdirən körpünün yaxınlığında 25-30 yaş arasında naməlum kişi meyiti aşkar edilib.

Hadisə yerinə aidiyyati qurumların əməkdaşları cəlb olunub. Meyit çaydan çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

Hazırda meyitin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma gedir.

Açar sözlər:

Oxunub: 419