Qubada avtomobil motosikletçini vuraraq hadisə yerindən qaçıb


10:42     10 İyul 2021 21_07_10_1625898368.jpg

Qubada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın verdiyi məlumata görə, hadisə şəhərin Fətəli Xan küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai Sonata" markalı avtomobil hərəkətdə olarkən, motosikletə arxadan çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb.

Motosikletin sürücüsü dəbilqədən istifadə etdiyindən yüngül xəsarətlər alıb.

Yaralı Quba Regional Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 933