Oxçuçayın çirkləndirilməsi Bolqarıstan mətbuatında


18:59     10 İyul 2021 2021/07/16259-1625927690_1625929262.jpg

Bolqarıstanın aparıcı an “Fokus” və “Cross” xəbər agentlikləri, nüfuzlu “24 Saat” və “Standart” qəzetləri Ermənistan tərəfindən Oxçuçayın çirkləndirilməsi barədə silsilə məqalələr yayıb.

Femida.az xəbər verir ki, məqalələrdə aparılmış təhlillər nəticəsində Oxçuçayın Ermənistan ərazisində kəskin çirklənməyə məruz qaldığı bildirilir. Çayın dağ-mədən sənayesinin tullantıları ilə hədsiz çirkləndiyi, onun sanki sənaye tullantılarının kollektoru rolunu oynadığı, çirklənmə səviyyəsinin normadan dəfələrlə artıq olduğu üçün su ehtiyatlarının Azərbaycan ərazisində istifadəsini yararsız etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Oxçuçay Cənubi Qafqazın ikinci böyük çayı olan Azar çayına tökülür, Araz çayı isə Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır.

Yazılarda Ermənistanın iri mədən müəssisələrinin Oxçuçayın mənbəyində yerləşməsinin onun çirklənməsinin əsas səbəbi olduğu bildirilir. Vurğulanır ki, ağır metalların tullantılarının çaya axıdılması təkcə onun canlı aləmini və ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükə yaradır.(AZƏRTAC)

Açar sözlər:

Oxunub: 340