Rusiya polisi Azərbaycan vətəndaşını Almaniyaya təhvil verdi
21:54 10 İyul 2021
Rusiya polisi 2016-cı ildə Almaniyanın Saarbrükken şəhərində əyləncə müəssisələrinin birində əl qumbarası partladan Azərbaycan vətəndaşını almaniyalı həmkarlarına təhvil verib.
Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə “DİN Media” saytında məlumat verilib.
“Bu gün Elşad Qulammirzəyev kimi də tanınan Azərbaycan Respublikasının vətəndaşı Elşad Əzizov M.V.Lomonosov adına Moskvanın Domodedovo hava limanında Almaniya Federativ Respublikasının hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verildi”, - məlumatda belə deyilir.
Xatırladaq ki, 2016-cı ildə Saarbrükken şəhərində insanların olduğu bir əyləncə müəssisəsinin girişində əl qumbarası partladılıb. İlkin məlumata görə, hadisə milli zəmində baş verib. 2018-ci ildə E.Əzizov artıq Nijni-Novqorodda iki soyğunçuluq əməlinə görə tutulub. E.Əzizov 3,5 il müddətinə əhbsdə olub və azadlığa çıxdıqdan sonra Almaniyaya verilib. Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları onu qətlə cəhddə ittiham edirlər.
Oxunub: 997
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib