Suriyada ABŞ hərbçiləri atəşə tutulub


11:14     11 İyul 2021 21_07_11_1625985453.jpg

ABŞ ordusunun hərbçiləri şənbə günü ( 10 iyul - Red) Suriyanın şərqində atəşə tutulub.

Femida.az xəbər verir ki, bu barədə "TASS"a Pentaqon rəsmisi məlumat verib.

Atəş nəticəsində ABŞ ordusunun hərbi qulluqçuları arasında itki yoxdur, hərbi texnikaya ziyan dəyməyib.

Hadisə Suriyanın Deyr-əz-Zor əyalətindəki Konoko neft və qaz yatağının yerləşdiyi ərazidə olub.

Açar sözlər:

Oxunub: 866