İranda virus qurbanlarının sayı 85 mini keçdi


15:44     11 İyul 2021 iran%20turist.PNG

İranda son sutka ərzində 165 nəfər koronavirusdan ölüb.

Femida.az xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 85 859 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 17 664 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 3 373 450 -yə yüksəlib.

Məlumatda, həmçinin 3 684 nəfərin ağır vəziyyətdə olduğu, 3 025 911 nəfərin isə xəstəlikdən sağaldığı qeyd olunub.

Açar sözlər:

Oxunub: 710