“Yüksəliş” müsabiqəsinin finalı başa çatıb


21:15     11 İyul 2021 2021/07/BF95440B-C537-48EC-A6B4-37AD41289C74_1626023734.jpeg


“Bakı Ekspo Mərkəzi”ndə keçirilən “Yüksəliş” müsabiqəsinin finalı başa çatıb.

Final mərhələsinin ikinci günündə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, mədəniyyət naziri Anar Kərimov, Ombudsman Səbinə Əliyeva, “Yüksəliş” İctimai Birliyinin sədri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “BP” şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev çıxış edərək qonaqları salamlayıb və iştirakçılara uğurlar arzulayıb. İşçi Qrupunun rəhbəri bildirib ki, Prezident cənab İlham Əliyevin 2019-cu il 26 iyul Sərəncamı ilə təsis olunan “Yüksəliş” müsabiqəsi peşəkar kadrların aşkara çıxarılması, onların stimullaşdırılması, ölkəmizin güclü kadr ehiyatı bankının formalaşdırılması məqsədilə Azərbaycanda ilk dəfə belə mütəşəkkil formada və fərqli imtahan formatında keçirilən müsabiqədir. Fərhad Hacıyev müsabiqənin keçirilməsinin “Yüksəliş” İctimai Birliyinin İşçi Qrupu komandasına həvalə olunmasına, göstərilən etimada görə ölkə başçısına təşəkkürünü bildirib.

Açar sözlər:

Oxunub: 892