Bərdə sakinini avtomobil vuraraq öldürüb


11:59     12 İyul 2021 avtomobil%20qezasi%20(11).jpg

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın xəbərinə görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.


Rayon sakini, 1966-cı il təvəllüdlü Abışov Araz İsmixan oğlu yolu keçərkən “NİVA” markalı avtomobilin sürücüsü tərəfindən vurulub. Nəticədə A. Abışov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 732