Bakı Olimpiya Stadionu İtaliyanın rəngləri ilə işıqlandırıldı


13:13     12 İyul 2021 2021/07/download_1626081236.jpg

Bakı Olimpiya Stadionu (BOS) İtaliyanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

BOS-un mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bu addım İtaliya yığmasının Avropa çempionluğu münasibətilə atılıb. Stadion çempion ölkənin şərəfinə bu gecə yaşıl, ağ və qırmızı rənglərə boyanıb.

"Skuadra Adzurra" AVRO-2020-nin finalında İngiltərə millisini Londondakı "Uembli" stadionunda penaltilər seriyasında 3:2 hesabı ilə (əsas vaxt - 1:1, əlavə vaxt - 0:0) məğlub edib. Avropa çempionatı qitənin 11 şəhərində, o cümlədən, Bakıda təşkil olunub. "A" qrupundakı oyunlara BOS Romadakı "Olimpiko" stadionu ilə birlikdə ev sahibliyi edib.

Qeyd edək ki, BOK-dakı ilk futbol matçı məhz Azərbaycan və İtaliya yığmaları arasında olub. 15 Oktyabr 2015-ci ildə baş tutmuş qarşılaşmanı 48 000-dək tamaşaçı izləyib. Görüş İtaliyanın qələbəsi ilə yekunlaşıb - 1:3.

Açar sözlər:

Oxunub: 794