İsrail səfiri Şuşa səfərindən yazdı


13:19     12 İyul 2021 2021/07/is-se-1626079903_1626081664.jpg

Azərbaycandakı diplomatik korpuslarla birlikdə gözəl Şuşa şəhərini ziyarət edən ilk İsrail səfiri olmaq tarixi şərəfinə nail oldum.

Femida.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Tvitterdə yazıb.

Diplomat səfəri təşkil edən Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edib.

“Azərbaycandakı diplomatik korpuslarla birlikdə gözəl Şuşa şəhərini ziyarət edən ilk İsrail səfiri olmaqdan tarixi şərəf duydum. Bu mənalı səfəri təşkil etdiyinə görə Azərbaycan XİN-ə təşəkkür edirəm".

Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri iyulun 9-10-da Füzuli və Şuşaya səfər ediblər.

Açar sözlər:

Oxunub: 394